“Qarabağ” azarkeşləri üçün 306 yer ayrıldı - FOTO

“Qarabağ” azarkeşləri üçün 306 yer ayrıldı - FOTO

Hazırda oxunan: “Qarabağ” azarkeşləri üçün 306 yer ayrıldı - FOTO

260964

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şelburn" (İrlandiya) - “Qarabağ” matçını “Tolka Park" stadionunda izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.

Bizim.Media xəbər verir ki, azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun “E” sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti 25 Avrodur.

“Qarabağ” azarkeşləri üçün “Tolka Park” stadionunda 306 yer ayırılıb.
 

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun.


Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, “Şelburn” – “Qarabağ” oyunu iyulun 23-ü saat 22:45-də Bakı vaxtı ilə) start götürəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO