Bakıda motosikletçi qırmızı işıqdan keçərək qəza törətdi

Bakıda motosikletçi qırmızı işıqdan keçərək qəza törətdi

Hazırda oxunan: Bakıda motosikletçi qırmızı işıqdan keçərək qəza törətdi

260959

İyulun 20-si saat 03:30 radələrində paytaxtın Yasamal rayonunda sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan motosiklet sürücüsü qəza törədib.

Bizim.Media xəbər verir ki, təhlükəli manevrlər etdiyinə görə motosiklet sürücüsünə yol polisi tərəfindən “Saxla” işarəsi verilib. Lakin o, tabe olmayaraq hərəkətlərinə davam edib.
 

Tabesizlik göstərərək yüksək sürətlə hərəkətini davam etdirən motosiklet işıqforun qırmızı işığında keçərək “Kia” markalı avtomobillə toqquşub.


Hadisə nəticəsində motosikletin sürücüsü 2008-ci il təvəllüdlü Mehdi Şahmuradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO