İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, belə ki, sərinişinlər Biləsuvar ərazisindən İrana keçmək və Naxçıvana çatmaq üçün uzun müddət gözlədiklərini iddia ediblər. Onlar axşam saatlarından 80-dən çox adamın gömrük keçid məntəqəsində gözlədiyini bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov vurğulayıb ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılıb.
"19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobusla bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb.
Artıq avtobuslar gömrük-keçid məntəqəsini keçərək marşrut üzrə hərəkətini davam etdirirlər. Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır". (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:22 / 20.07.2025
Bakı-Naxçıvan-Bakı avtobus reysi ilə bağlı AYNA-dan AÇIQLAMA
Hazırda oxunan: Bakı-Naxçıvan-Bakı avtobus reysi ilə bağlı AYNA-dan AÇIQLAMA
Hazırda oxunan: Bakı-Naxçıvan-Bakı avtobus reysi ilə bağlı AYNA-dan AÇIQLAMA
260860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.