Daha bir avtobus marşrutu üzrə müsabiqənin qalibi MÜƏYYƏNLƏŞDİ

Daha bir avtobus marşrutu üzrə müsabiqənin qalibi MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: Daha bir avtobus marşrutu üzrə müsabiqənin qalibi MÜƏYYƏNLƏŞDİ

260705

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müsabiqəyə əsasən, 170 nömrəli avtobus marşrutu üzrə qalib olan hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC iyulun 20-dən xəttin istismarını həyata keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
 

Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 170 nömrəli marşrut xətti üzrə 15 avtobus 8 dəqiqə hərəkət interval ilə sərnişinlərə xidmət göstərəcək.


Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Məlumata görə, ictimai nəqliyyat sahəsində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO