Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı

Hazırda oxunan: Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı

260678

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.

Bizim.Media xəbər verir ki, Sea Breeze Şöhrət Xiyabanında ictimai xadim, deputat A.Məmmədxanlının adını daşıyan ulduzun təntənəli açılış mərasimi keçirilib.

Ulduz onun 55 illik yubileyi ilə əlaqədar verilib.
 

Açılış mərasimində Məmmədxanovun ailəsi, qohumları, dostları və həmkarları onun parlaq xatirəsini, Azərbaycan mədəniyyətinin, televiziyasının və ictimai həyatın inkişafındakı xidmətlərini ehtiramla yad ediblər.


Qonaqlar arasında əməkdar artist Vaqif Gərayzadə, Azərbaycanın xalq artisti Ənvər Sadıxov, Azərbaycanın xalq yazıçısı Elmira Axundova və əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının üzvləri də olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO