Dünən axşam saatlarında İranın Səravan şəhərinin Kuhak kəndində yanacaq anbarında güclü yanğın baş verib.
Bizim.Media Azad İran-a istinadən xəbər verir ki, kənddə yanğınsöndürmə xidmətinin olmaması yanğının nəzarətə alınmasını xeyli çətinləşdirib.
Yanğında istifadə edilən maşınlardan biri tamamilə yanaraq yararsız hala düşüb. Hazırda insan itkisi və ya yaralanmalarla bağlı rəsmi məlumat verilməyib.
Yerli sakinlər bildirirlər ki, bölgədə sabit iş yerlərinin olmaması səbəbilə bir çox insan risklərə baxmayaraq, yanacaq daşımaqla məşğul olur.
Bu da bənzər təhlükəli hadisələrin tez-tez baş verməsinə şərait yaradır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:25 / 19.07.2025
İranda yanacaq anbarında güclü yanğın baş verib - VİDEO
Hazırda oxunan: İranda yanacaq anbarında güclü yanğın baş verib - VİDEO
Hazırda oxunan: İranda yanacaq anbarında güclü yanğın baş verib - VİDEO
260639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.