Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

Hazırda oxunan: Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

260584

Astara rayonunda həyat yoldaşından ayrılan kişi anasını döyüb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Rahib Ağayev ailə qurub Masallı şəhərinə köçüb. Onun birgə nikahdan iki azyaşlı övladı olsa da, spirtli içki aludəçisi olduğundan ailəsində söz-söhbət yaranıb. Uzun mübahisədən sonra həyat yoldaşı R.Ağayevdən ayrılmaq istəyib və onlar məhkəmə qaydasında boşanıblar. R.Ağayev ailəsindən boşanandan sonra yenidən Astara rayonuna-anasının yaşadığı evə qayıdıb. Amma o, anası ilə də dolanmayıb. R.Ağayev hər gün içkili vəziyyətdə evə gələrək anası ilə mübahisə etməyə başlayıb.

Bir neçə gün öncə Rahib yenidən spirtli içki qəbul edib, evə gəlib və anasından pul istəyib.

Nəticədə ana və oğlu arasında mübahisə yaranıb. R.Ağayev anasını yumruq və təpik zərbələri ilə döyərək ona müxtəlif bədən xəsarətləri yetirib.

Qadın oğlundan polisə şikayət edib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmə R.Ağayevin qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO