"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı

"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı

Hazırda oxunan: "Sabah" Avropa Liqasında mübarizəni dayandırdı

260459

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da mərhələnin cavab matçına çıxıb.

Ölkə kubokunun qalibi səfərdə "Çelye"nin qonağı olub. Bakıda keçirilən ilk görüşdə Sloveniya təmsilçisi 3:2 hesabı ilə qalib gəldiyindən "Sabah"ı səfərdə çətin sınaq gözləyirdi. Görüş 3:3 hesabı ilə başa çatıb və "Sabah" Avropa Liqası ilə erkən vidalaşıb. Komanda yoluna Konfrans Liqasında davam edəcək və 2-ci mərhələdə "Petrokub" (Moldova) ilə qarşılaşacaq.

17 iyul

UEFA Avropa Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

22:00.“Çelye” (Sloveniya) – “Sabah” (Azərbaycan) - 3:3

Qollar: Coy-Lens Mikels, 9 (0:1), Kovaçeviç, 19 - pen. (1:1), Vuklişeviç, 49 (2:1), Coy-Lens Mikels, 63 (2:2), 66 (2:3), Nikitoa Losifov, 108 (3:3)
İlk oyun - 3:2

Hakimlər: Draqomir Draqanov, Xristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan)
“Selye” stadionu

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO