Həkimləri şantaj edən qəzet əməkdaşı ilə bağlı QƏRAR

Həkimləri şantaj edən qəzet əməkdaşı ilə bağlı QƏRAR

Hazırda oxunan: Həkimləri şantaj edən qəzet əməkdaşı ilə bağlı QƏRAR

260302

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Vüqar Musayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, Vüqar Musayev “Dünya Kriminalı” qəzetində şöbə müdiri qismində işlədiyi müddətdə Zaqatala və Şəki rayonları ərazisində bir neçə vəzifəli şəxsdən hədə-qorxu yolu ilə pul tələb edib. Onların sırasında Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin sabiq müavini Səxavət Cavadov, Şəki Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi və Zaqataladakı sahibkarlar olub.

Qeyd: Vüqar Musayev barəsində daha əvvəl Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılmışdı. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO