“Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

“Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

Hazırda oxunan: “Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

260273

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün dördüncü yoxlama oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı yerli “Pendikspor” klubu ilə üz-üzə gəlib.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra "Zirə" daha yaxşı oynayaraq, rəqib komandanın qapısında 4 cavabsız top keçirib. Paytaxt təmsilçisinin heyətində Brahim Konate, Davite Volkov və iki dəfə Junior Martins fərqləniblər.

Yoxlama oyunu

16 iyul

17:30. “Zirə” - “Pendikspor” (Türkiyə) - 4:0

Qollar: Brahim Konate, 60. Davite Volkov, 66. Junior Martins, 73; 79

Start heyəti: Tiaqo Silva, Ruan Renato, Anje Mutsinzi, Qismət Alıyev(K), İssa Cibriela, Guima, Brahim Konate, Ayron Qomis, Georgi Papunaşvili, Junior Martis, Davit Volkov

Oyuna sonradan girənlər: Vinsent Till, Əhliman Süleymanzadə, Şahmar Aşurov, Ramiz Muradov, Nurhan Abdıyev

Fanatik Tur Meydançaları

Qeyd edək ki, "Zirə" daha əvvəl Türkiyədə yerli "Ankara Keçiörengücü" (2:1) ilə “Çorum”a (2:0) və İordaniya "Əl-Hüseyin"inə (1:0) qalib gəlib. Bakıda isə “Qarabağ”a 0:4 hesabı ilə uduzub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO