TikTok-un Azərbaycan seqmentində 1 milyondan çox video silinib

TikTok-un Azərbaycan seqmentində 1 milyondan çox video silinib

Hazırda oxunan: TikTok-un Azərbaycan seqmentində 1 milyondan çox video silinib

260139

TikTok-un Azərbaycan seqmentində İcma Qaydalarının pozulması səbəbindən 1 milyondan çox video silinib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "TikTok Azərbaycan" yayıb.
Ümumi videoların 99%-i platforma tərəfindən proaktiv şəkildə, yəni onlara şikayət edilməzdən əvvəl aradan qaldırılıb.

Videoların 97%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda 3 milyondan çox video silinib.

Eyni zamanda, 2025-ci ilin birinci rübü üçün dünya üzrə, İcma Qaydalarının pozulması ilə əlaqədar  211 milyondan çox video silinib. Həmin videomaterialların 99%-i proaktiv şəkildə silinib. Videoların 94,3%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib.
 

Qeyd edilən dövr ərzində silinmiş ümumi məzmunun 87%-dən çoxu avtomatlaşdırılmış moderasiya texnologiyaları vasitəsilə silinib ki, bu da indiyədək ən yüksək göstəricidir.


Bundan əlavə, TikTok-un moderasiya texnologiyaları canlı yayımlarda İcma Qaydalarını pozan məzmunun daha sürətli müəyyən edilməsinə kömək edib: birinci rübdə 19 milyon canlı yayım dayandırılıb ki, bu da əvvəlki rübə nisbətən 50% çoxdur. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO