“Fəxri ad həvəskarı deyiləm. Düşünürəm, fəxri adları yığışdırmaq lazımdır. Çünki son 20-25 ildə bu ad elə insanlara paylanıb ki, fəxri ad hörmətdən düşdü. Buna görə də yığışdırmaq lazımdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Teymur Əmrah Baku TV-nin “Qapqara” verilişində deyib.
“Professor, dosent kimi elmi dərəcələri də hörmətdən salıblar. Təhsil ocağında işləyən savadsızlar da artıq professor, dosent, alimdirlər. Hamısına şamil etmirəm. Bunlar nəyin alimidirlər? Sən alimsənsə, mən kiməm? Sən heç bilmirsən ki, “professor” sözünün parametri nədir. Necə ki fəxri adı hörmətsiz etdilər, elmi dərəcəni də hörmətsiz etdilər. Belə olmaz...” – o bildirib. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
12:27 / 15.07.2025
Teymur Əmrah: “Fəxri adları yığışdırmaq lazımdır”
Hazırda oxunan: Teymur Əmrah: “Fəxri adları yığışdırmaq lazımdır”
Hazırda oxunan: Teymur Əmrah: “Fəxri adları yığışdırmaq lazımdır”
259989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.