“Qalatasaray”ın futbolçusu “Yuventus”a keçir?

“Qalatasaray”ın futbolçusu “Yuventus”a keçir?

Hazırda oxunan: “Qalatasaray”ın futbolçusu “Yuventus”a keçir?

259925

Przemyslav Frankovski “Qalatasaray”dan ayrıla bilər. Polşalı cinah oyunçusu A Seriyasından ciddi təklif alıb.

Bizim.Media xəbər verir ki, 30 yaşlı oyunçu “Yuventus”un hədəfinə düşüb.

Turinlilər İstanbul klubu ilə 3 illik müqaviləsi olan təcrübəli futolçunun transferi üçün 7 milyon avro ödəməyə hazırdır.

“Qalatasaray” qışda “Lans”dan icarəyə götürdüyü Frankovskinin transfer hüquqlarına bu ayın əvvəlində sahib olub. Türkiyə klubu xərclədiyi 7 milyondan daha çoxu təklif olunacağı halda İtaliya klubuna “yaşıl işıq” yandıra bilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO