122 keçmiş məcburi köçkün öz yurduna qovuşdu - FOTO

122 keçmiş məcburi köçkün öz yurduna qovuşdu - FOTO

Hazırda oxunan: 122 keçmiş məcburi köçkün öz yurduna qovuşdu - FOTO

259869

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün ilk köç karvanı ilə Xocalının Xanyurdu kəndinə köçürülən 122 nəfərdən ibarət 33 ailəyə evlərinin açarı təqdim olunub.

Bizim.Media xəbər verir ki, keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kəndə köçən ailələri təbrik edib, onlara firavan həyat arzulayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə ailələrə evlərinin açarları təqdim edilib və onlar yeni evlərində yerləşiblər.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO