Qocalmanın əsas SƏBƏBİ - Bu şəxslər xüsusilə risk altındadırlar…

Qocalmanın əsas SƏBƏBİ - Bu şəxslər xüsusilə risk altındadırlar…

Hazırda oxunan: Qocalmanın əsas SƏBƏBİ - Bu şəxslər xüsusilə risk altındadırlar…

259578

Amerikalı alimlər qocalmanın səbəblərini araşdırıblar. Məlum olub ki, xüsusilə risk altında olanlar – az gəlirli insanlar və sosial cəhətdən zəif rayonların sakinləridir.

Bizim.Media xəbər verir ki, tədqiqatçılar müəyyən ediblər ki, xroniki stress — təkcə emosional gərginlik deyil, həm də koqnitiv (idrak) qocalmanı sürətləndirən güclü faktordur.

The Conversation nəşrinin yazdığına görə, stress yuxudan və qidalanmadan tutmuş sosial münasibətlərə qədər hər şeyi təsir altına alır və bununla da demensiya (ağıl zəifliyi) riskini əhəmiyyətli dərəcədə artırır.
 

Elm çoxdan təsdiqləyib ki, yaddaş pozulmalarının qarşısını almaq üçün düzgün qidalanmaq, fiziki aktivlik və sosial münasibətləri qorumaq vacibdir. Lakin nədənsə stress əksər hallarda standart tövsiyələrdə nəzərə alınmır. Halbuki məhz stress zəncirvari bir prosesi işə salır: pis yatırıq, daha az hərəkət edirik, özümüzü pis hiss edirik və nəticədə stress daha da artır və qocalırıq.


Ən çox risk altında olanlar isə az gəlirli insanlar və sosial baxımdan zəif rayonlarda yaşayanlardır. Onlarda stress səviyyəsi yüksək, onun öhdəsindən gəlmək imkanları isə daha azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO