Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracları təşkil edib.
Bu barədə Bizim.Media-ya nazirlikdən bildirilib.
Hərracın nəticələrinə əsasən, ümumilikdə 850 milyon manat xəzinə vəsaiti realizə edilib. Belə ki, kapitallaşma və aktivlərinin həcminə görə ölkənin ən iri 5 bankından təklif təqdim edən 2 bankda 28 gün müddətinə, 7,25 % orta çəkili faiz dərəcəsi ilə 350 milyon manat, 4 bankda isə 90 gün müddətinə, 7,25 % orta çəkili faiz dərəcəsi ilə 500 milyon manat vəsait depozitə yerləşdirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:50 / 12.07.2025
Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracları KEÇİRDİ
Hazırda oxunan: Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracları KEÇİRDİ
Hazırda oxunan: Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracları KEÇİRDİ
259481
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.