Cəlilabadda 3 otaqlı ev YANDI

Cəlilabadda 3 otaqlı ev YANDI

Hazırda oxunan: Cəlilabadda 3 otaqlı ev YANDI

259465

Cəlilabad rayonunda yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində, Cəbrail Həşimova məxsus fərdi yaşayış evində baş verib.

Ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli, 3 otaqlı ev qəfildən alışıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub. Yanğın nəticəsində evin 88 kvadratmetr hissəsi və ev əşyaları tamamilə yanaraq yararsız hala düşüb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimallara əsasən, yanğının səbəbi elektrik xətlərində yaranmış qısaqapanmadır.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO