“NATO-ya Rusiyanı dayandırmaq üçün daha çox uzaqmənzilli raketlər lazımdır” — Amerikalı general

“NATO-ya Rusiyanı dayandırmaq üçün daha çox uzaqmənzilli raketlər lazımdır” — Amerikalı general

Hazırda oxunan: “NATO-ya Rusiyanı dayandırmaq üçün daha çox uzaqmənzilli raketlər lazımdır” — Amerikalı general

259449

ABŞ ordusunun general-mayoru Con Rafferti bildirib ki, alyans Rusiyanın mümkün hücumlarının qarşısını almaq üçün uzaqmənzilli zərbə qabiliyyətini gücləndirməlidir.

Bizim.Media xəbər verir ki, Rafferti bu barədə “Reuters”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya belə raketlərin istehsalını fəal şəkildə artırır və hava hücumundan müdafiə sistemlərinə sərmayə yatırır.
 

Ukraynada müharibə təcrübəsi cəbhə xəttinin arxasındakı əsas hədəflərin məhv edilməsi üçün uzaqmənzilli silahların həyati əhəmiyyətini bir daha sübut edib. Rafferti qeyd edib ki, bu gün Rusiya ordusu say baxımından işğala başladığı vaxtdakından daha böyükdür və bu, NATO-nun adekvat cavab verməsini tələb edir.


O əlavə edib ki, Avropa uzaqmənzilli sistemlərin təchizatında ABŞ-dan çox asılıdır və ABŞ-ın artilleriya komandanlığı 2026-cı ildən başlayaraq belə raketlərin Avropada müvəqqəti yerləşdirilməsi üçün hazırlıqlara başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO