Ödənişli yolun istifadəyə veriləcəyi VAXT məlum oldu – Bəs ÖDƏNİŞİ nə qədər olacaq? 

Ödənişli yolun istifadəyə veriləcəyi VAXT məlum oldu – Bəs ÖDƏNİŞİ nə qədər olacaq? 

Hazırda oxunan: Ödənişli yolun istifadəyə veriləcəyi VAXT məlum oldu – Bəs ÖDƏNİŞİ nə qədər olacaq? 

25934

Azərbaycanda ilk ödənişli yol şimal istiqamətində çəkilən Bakı - Quba – Rusiya yolu olacaq. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirib: 

“Həmin yolun 30 kilometrliyində işlər yekunlaşıb, keçid məntəqələri qurulur. Yolun digər hissələrində tikinti davam etdirilir. İşlər qaydasında getsə, yolun 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın ilk pullu yolu istifadəyə verilir – Məbləğ nə qədərdir? 


Agentlik rəsmisi bildirib ki, yolda minik və yük avtomabilləri üçün hər kilometrə görə ödəniş tətbiq olunacaq: 

“Ödənişin miqdarı hələ müəyyənləşməyib. Yəqin ki, bu yolun tikintisinin yekunlaşmasına uyğun olaraq müvafiq qurumlarla birlikdə müəyyənləşdiriləcək. Təbii ki, burada beynəlxalq təcrübəyə əsaslanılacaq, amma yerli mühitə də uyğunlaşdırılmalıdır.

Yəni, sürücülər ödənişli və ödənişsiz yollar arasında seçim edərkən, qət edilən məsafənin daha az və daha sürətli olması nəticəsində qazanılmış yanacaq qanətini əsas götürməlidirlər. Bir sözlə, həmin ödənişin sürücülərimizin cibinə ziyan vurmamaqla tətbiqi nəzərdə tutulur”.

Daha əvvəl ödənişli yol olacağı bildirilən Ələt-Astara şosesi ilə bağlı məsələ isə gündəmdə deyil. Anar Nəcəfli bildirib ki, bu yolun ödənişli olması ilə bağlı təkliflər olub, amma hələlik bu müzakirə olunmur: 

“2018-ci ildən həmin yol istifadəyə verilib, üç ildir ki, istifadədir. Ödənişli olması üçün məntəqələr qurulmalıdır ki, hazırda bununla bağlı iş aparılmır”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO