İsrailin adı açıqlanmayan yüksəkrütbəli rəsmisi “Reuters” agentliyinə açıqlamasında bildirib ki, İran Fordo, Nətənz və İsfahan nüvə obyektlərindəki zənginləşdirilmiş uranı ABŞ-ın ötən ay həyata keçirdiyi hava zərbələrindən əvvəl köçürməyib. O qeyd edib ki, İsfahanda uranı əldə etmək mümkündür, ancaq onun daşınması çətin olardı.
Bizim.Media xəbər verir ki, Fransa kəşfiyyat mənbələri də təsdiqləyib ki, zərbələr İranın nüvə proqramının bir sıra komponentlərinə ciddi ziyan vurub.
Fransanın xarici kəşfiyyat idarəsinin rəhbəri Nikolas Lerner bildirib ki, hücum nəticəsində İranın yüksək zənginləşdirilmiş uran ehtiyatının bir hissəsi məhv edilib, lakin qalan hissənin yeri hələ də dəqiq bilinmir.
Onun sözlərinə görə, hava hücumlarından sonra İran nüvə proqramının bəzi komponentlərini geri çəkib və bərpa işləri bir neçə ay davam edə bilər. (Əl-Ərəbiyyə)
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:27 / 10.07.2025
İsrail rəsmisindən ŞOK AÇIQLAMA: “İran uranı hava zərbələrindən əvvəl köçürməyib” – FOTO
Hazırda oxunan: İsrail rəsmisindən ŞOK AÇIQLAMA: “İran uranı hava zərbələrindən əvvəl köçürməyib” – FOTO
Hazırda oxunan: İsrail rəsmisindən ŞOK AÇIQLAMA: “İran uranı hava zərbələrindən əvvəl köçürməyib” – FOTO
259175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.