Dövlət Yol Polisi 2 ardıcıl gündür moped, motosikl və s. sürücülərinə xəbərdarlıq edir.
Yollarda yeni nəqliyyat vasitələrinə çevrilmiş 2 təkərli "maşınlar" qaydaları pozmaqdan əlavə, artıq onlara "maneə yaradan" avtomobil sürücülərinə də diş qıcırdırlar.
Motosiklet, velosiped və skuter sürücülərinin avtomobillərin güzgülərini sındırması halları xüsusilə artıb.
Bir filmdən öyrənilmiş bu qisas növü dalğa halı alıb.
Bizim.Media xəbər verir ki, nəqliyyat ekspert Eldəniz Cəfərov "yenisabah.az"a bildirib ki, bu davranış açıq-aşkar xuliqanlıqdır:
“Bu davranışın səbəbi yol hərəkəti qaydalarını bilməməkdir, amma həm də aşkar xuliqanlıqdır. Hər bir xuliqanlığın öz cəzası var. Texniki qeydiyyat və digər məsələlər ali qaydada, qanun çərçivəsində həyata keçirilməlidir. Necə ki, avtomobillərlə bağlı bu proses davam edir, motosikletlər və s. ilə də aparılmalıdır”.
Ekspert vurğulayıb ki, güzgü sındırma və oxşar hallar daha çox moped və skuter sürücüləri arasında yayaılıb:
“Motosiklet sürücülərinin hədəfə alınmasının əleyhinəyəm. Daha çox qaydaları pozan o birilərdir. Onlar əsasən moped və skuter idarə edənlərdir.
Əgər qayda pozub başqasının avtomobilinə, yəni mülkiyyətinə zərər veribsə, tapılıb aşkar olunması müvafiq qurumların işidir. Polis bu cür xuliqanların necə aşkarlanmalı olduğunu yaxşı bilir”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:54 / 10.07.2025
Bakı küçələrində yeni dalğa: “Bu, xuliqanlıqdır, qanuni cəzası var”
Hazırda oxunan: Bakı küçələrində yeni dalğa: “Bu, xuliqanlıqdır, qanuni cəzası var”
Hazırda oxunan: Bakı küçələrində yeni dalğa: “Bu, xuliqanlıqdır, qanuni cəzası var”
259119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.