Məmməd Alpay və Asif Əhmədovun həbs müddəti UZADILDI

Məmməd Alpay və Asif Əhmədovun həbs müddəti UZADILDI

Hazırda oxunan: Məmməd Alpay və Asif Əhmədovun həbs müddəti UZADILDI

259001

"Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadə (Məmməd Alpay) və Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Bizim.Media xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində təqdimatlara baxılıb.

Məhkəmə təqdimatı təmin edib və hər iki şəxs barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Məmməd Məmmədzadə bu ilin mart ayında saxlanılıb.

O, Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə, Asəf Əhmədov isə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO