Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Hazırda oxunan: Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

258964

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qazanc əldə edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
 

Bildirilib ki, həmin torpaq sahəsində onmərtəbəli tikili üçün icazə verilib. Tatlısəs isə orada rezidens layihəsinə başlayacaq.


Sənətçinin təxminən 100 mənzillik bir bina tikdirəcəyi bildirilir.

İbrahim Tatlısəs daha əvvəl verdiyi bir açıqlamada sözügedən binadan hər qızına 5 mənzil verəcəyini söyləmişdi.

Qeyd edək ki, müğənninin müxtəlif evlilik və münasibətlərdən Gülşen Sara Tatlı, Gülden Ferrah Tatlı, Melek Zübeyde Tatlı, Dilan Çıtak, Elif Ada Tatlı adlı 5 qızı, həmçinin Ahmet Salim Tatlı və İdo Tatlıses adlı 2 oğlu var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO