Şəmkirdə dəhşətli qəza: 1 ölü, 3 yaralı var

Şəmkirdə dəhşətli qəza: 1 ölü, 3 yaralı var

Hazırda oxunan: Şəmkirdə dəhşətli qəza: 1 ölü, 3 yaralı var

258937

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb. 

1992-ci il təvəllüdlü Anar Atakişizadə idarə etdiyi "KİA" markalı avtomobildə idarəetməni itirib və nəticədə maşın aşıb. 

Qəza zamanı sərnişin, 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. 

Avtomobilin digər sərnişinləri, Şiştəpə kənd sakinləri, 1993-cü Orxan Atakişiyev, onun həmyaşıdı Cəmil İbadullayev müxtəlif dərəcəli bədən xəsarətlər alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Onlara ilkin tibbi yardım göstərilib,  vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO