Beyin stresi yuxusuzluğa necə çevirir

Beyin stresi yuxusuzluğa necə çevirir

Hazırda oxunan: Beyin stresi yuxusuzluğa necə çevirir

258720

Amerikalı alimlər beynin stresi yuxusuzluğa necə çevirdiyini müəyyən edib.

Bizim.Media xəbər verir ki, ABŞ-nin Pensilvaniya Universitetinin nevroloqları stressli günlərdən sonra niyə pis yatdığımızın səbəbini araşdırıb.
 

Alimlərin apardığı tədqiqat nəticəsində məlum olub ki, bu prosesdə əsas rol hipotalamusun paraventrikulyar nüvəsindəki neyronlara məxsusdur.


Məhz bu beyin strukturu həm yuxunun, həm də stress səviyyəsinin tənzimlənməsində iştirak edir.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu neyronlara təsir etməklə həm yuxu və yaddaş pozula bilər, həm də onların aktivliyini azaltmaqla qismən bərpa etmək mümkündür.

Tədqiqatçılar hesab edir ki, gələcəkdə bu beyin sahələrini hədəf alan müalicə üsulları streslə əlaqəli yuxusuzluğun qarşısını almaqda əsas rol oynaya bilər. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO