İyulun ilk günlərindən başlayaraq Şimal-Qərb rayonlarında hava şərin, bəzən də qısamüddətli yağıntılarla müşahidə edilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, adətən iyul ayında bölgə rayonlarında temperatur 28-35 dərəcə arasında dəyişdiyi halda bu il fərqli iqlim yaşanır.
Bölgənin dağlıq və dağətəyi yaşayış məntəqələrində temperatur 17-19 dərəcə, aranda isə 20-22 dərəcə arasında dəyişir.
Qeyri sabit hava şəraiti istirahət məkanları üçün əlverişli olsa da kənd təsərrüfatında çalışanlara heç bir faydası yoxdur. Xüsusən taxıl biçinləri ilə məşğul olanlar belə hava şəraitində məhsulu götürməkdə xeyli çətinlik yaşayır.
Regional Hidrometerologiya Müəssisəsindən isə bildirilir ki, daha bir gün hava şəraiti qeyri sabit keçəcək. Növbəti günlərdə istilər özünü göstərməyə başlayacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:19 / 07.07.2025
Bu bölgəmizdə də hava sərin keçir – FOTO
Hazırda oxunan: Bu bölgəmizdə də hava sərin keçir – FOTO
Hazırda oxunan: Bu bölgəmizdə də hava sərin keçir – FOTO
258538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.