Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döydü

Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döydü

Hazırda oxunan: Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döydü

257948

Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döyüb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini Nicat Azadov (soyad şərtidir) iki il əvvəl Günay Əliyeva adlı xanımla tanış olub və onlar qeyri-rəsmi ər-arvad münasibətində yaşayıblar.

Bir müddətdən sonra Günay Nicata zəng edərək onunla kafedə görüşmək istədiyini deyib. Nicat onu kafeyə göndərib, özü isə əmisigildə spirtli içki qəbul etdikdən sonra Günayın yanına gəlib.

O, Günayı həmin kafedən götürərək Zabrat qəsəbəsindəki "Zeytun" kafesinə gəlib. Cütlük orada şam yeməyi yeyəndən sonra Nicat kafenin qarşısında dostlarını görüb və kafedən çıxıb həmin şəxslərlə görüşüb. Bir müddətdən sonra Nicat kafeyə qayıtsa da, sevgilisini orada görməyib.
 

O, həmçinin telefonunun da stoldan götürüldüyünü görüb Günayın arxasınca gedib. Nicat Günayı Zabrat qəsəbəsindəki yanacaqdoldurma məntəqəsinin qarşısında yaxalayıb və ondan telefonunu istəyib. Günay telefonu ona qaytarandan sonra sevgililər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Nicat Günayı döyüb.


Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə N.Azadov 1000 manat cərimə edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO