Kim Çen In Putinə iki nadir ov iti HƏDİYYƏ ETDİ - FOTO

Kim Çen In Putinə iki nadir ov iti HƏDİYYƏ ETDİ - FOTO

Hazırda oxunan: Kim Çen In Putinə iki nadir ov iti HƏDİYYƏ ETDİ - FOTO

257141

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə iki Pungsan ov iti hədiyyə edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

 

Jurnalistlərin fikrincə, bu, ölkədən kənarda heç kəsə demək olar ki, məlum olmayan son dərəcə nadir cinsdir.

 

Bundan əvvəl Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə KXDR-in ən yüksək dövlət mükafatı - Kim İr Sen ordenini təqdim edib. Mükafatlandırma mərasimi iyunun 19-da Pxenyanda baş tutub. Kim Çen In qeyd edib ki, Putinə ordeni təqdim etmək onun üçün böyük şərəfdir. O vurğulayıb ki, bu, Rusiya ilə Şimali Koreya arasında münasibətlərin inkişafında xüsusi xidmətlərinə görə Rusiya liderinə sərhədsiz hörmət və etimadın ifadəsidir.

 

Buna cavab olaraq NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya ilə KXDR arasında razılaşma Qərbi daha da birləşdirməlidir. Onun sözlərinə görə, bağlanan Tərəfdaşlıq Sazişi Rusiya və KXDR-in qarşılıqlı dəstəyini nümayiş etdirir. Ona görə də Moskva, Pxenyan, Pekin və Tehranın birliyinə cavab olaraq Qərb ölkələri əməkdaşlığı daha da genişləndirməlidir.

 

Əzizə Zeynal

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO