“Sabah” qazaxıstanlı qapıçıya yeni müqavilə TƏKLİF ETDİ

“Sabah” qazaxıstanlı qapıçıya yeni müqavilə TƏKLİF ETDİ

Hazırda oxunan: “Sabah” qazaxıstanlı qapıçıya yeni müqavilə TƏKLİF ETDİ

255236

"Sabah" klubla müqaviləsi başa çatan Stas Pokatilovu komandada saxlamaq istəyir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Kubokunun qalibi qazaxıstanlı qapıçıya yeni sözləşmə təklif edib. Bu barədə "Vesti.kz" saytı məlumat yayıb.

Masazır təmsilçisi növbəti mövsümdə də "çərçivə"ni Pokatilova əmanət etməyi planlaşdırır.

Qeyd edək ki, Stas Pokatilov ötən mövsümün ikinci yarısında "Sabah"a qoşulub. 32 yaşlı qolkiper komandanın heyətində 19 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO