MEDİA: “Hərbi təyyarələrimizin İranla sərhəddə uçması xəbərləri saxtadır”

MEDİA: “Hərbi təyyarələrimizin İranla sərhəddə uçması xəbərləri saxtadır”

Hazırda oxunan: MEDİA: “Hərbi təyyarələrimizin İranla sərhəddə uçması xəbərləri saxtadır”

254532

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Bizim.Media xəbər verir ki, bu barəd Medianın İnkişafı Agentliyi( MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir:

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO