Sumqayıt şəhərinin 17-ci mikrorayonunda, bina 28-in sakinləri zirzəminin uzun müddətdir su ilə dolu qalmasından və bunun yaratdığı antisanitar şəraitdən narazılıq edirlər.
Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, vəziyyət illərdir davam edir və bu müddət ərzində aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticə yoxdur:
"Zirzəmidəki qoxu evlərimizə yayılır, ağcaqanad, milçək əlindən nəfəs almaq olmur. İllərdir bu şəraitdə yaşayırıq, amma məsələ ilə maraqlanan yoxdur", - deyə onlar bildiriblər.
Məsələ ilə bağlı Sumqayıt şəhər Su Kanal idarəsindən bildirilib ki, zirzəmidə yığılan su bir neçə gün ərzində tamamilə çəkiləcək. Yaxın günlərdə isə binaya daxil olan kanalizasiya xəttinin yenilənməsi nəzərdə tutulub. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:47 / 11.06.2025
Sumqayıtda zirzəmi bataqlığa çevrildi - Sakinlər nəfəs ala bilmir!
Hazırda oxunan: Sumqayıtda zirzəmi bataqlığa çevrildi - Sakinlər nəfəs ala bilmir!
Hazırda oxunan: Sumqayıtda zirzəmi bataqlığa çevrildi - Sakinlər nəfəs ala bilmir!
254196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.