Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 86 yanğına çıxış, 1 nəqliyyat qəzası və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bizim.Media-ya FHN-dən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Kür çayının Yevlax şəhərindən keçən hissəsində nəzarətsiz ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, 2 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media
![Ötən gün 2 nəfərin meyiti tapılıb - FHN Ötən gün 2 nəfərin meyiti tapılıb - FHN](https://bizim.media/file/articles/2021/06/19/1624098450_00ss-2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:25 / 19.06.2021
Ötən gün 2 nəfərin meyiti tapılıb - FHN
Hazırda oxunan: Ötən gün 2 nəfərin meyiti tapılıb - FHN
Hazırda oxunan: Ötən gün 2 nəfərin meyiti tapılıb - FHN
25406
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.