Dünya Bankından XƏBƏRDARLIQ: Son 60 ilin ən zəif iqtisadi artımı müşahidə ediləcək

Dünya Bankından XƏBƏRDARLIQ: Son 60 ilin ən zəif iqtisadi artımı müşahidə ediləcək

Hazırda oxunan: Dünya Bankından XƏBƏRDARLIQ: Son 60 ilin ən zəif iqtisadi artımı müşahidə ediləcək

254028

Dünya Bankı qlobal iqtisadiyyatların təxminən 70%-i üçün artım proqnozlarını azaldıb.

Bizim.Media xəbər verir ki, Bank qlobal tənəzzülü proqnozlaşdırmır, lakin cari onillikdə son 60 ildən çox müddətdə ən zəif iqtisadi artımın müşahidə olunacağını qeyd edib.
 

Dünya Bankı ticarət gərginliyi və siyasi qeyri-müəyyənlik səbəbindən 2025-ci il üçün qlobal artım proqnozunu 0,4 faiz azaldıb. Bu da yoxsulluq həddini adambaşına gündəlik 2,15 dollardan 3 dollara dəyişdiyini göstərib.


Dünya Bankının məlumatına görə, ötən ilin sonunda demək olar ki, 700 milyon insan və ya dünya əhalisinin 8,5%-i ifrat yoxsulluq şəraitində yaşayıb (gündə 2,15 dollardan az).

Qeyd edək ki, əvvəlki hədd 2017-ci il üçün ölkələrin alıcılıq qabiliyyəti pariteti ilə bağlı məlumatlara əsaslanıb və 2022-ci ildə müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO