DİQQƏT! 14-15 iyun tarixlərində...

DİQQƏT! 14-15 iyun tarixlərində...

Hazırda oxunan: DİQQƏT! 14-15 iyun tarixlərində...

253791

Hazırda iyunun 6-da baş vermiş TKA (Tac Kütlə Atılmalarının) təsiri ilə Yerdə dünəndən başlayaraq G1 (zəif) geomaqnit qasırğası başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, hazırda kosmik hava şəraiti aktivdir.

İyunun 13-dək fasilələrlə aktivliyin G1 səviyyəsinədək yüksəlməsi ehtimalı var.

14-15 iyun tarixlərində isə yenidən TKA və müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə G1(zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir, həmçinin 25-26 iyunda da mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə G1(zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.
 

Qeyd edilib ki, uzunmüddətli proqnozlar Günəşin öz oxu ətrafında fırlanaraq aktiv regionların Yerə tərəf çevrilməsi əsasında hazırlanır və dəqiqliyi aşağıdır.


Çünki aktiv Günəş ləkələri və Tac dəliklərinin dinamikası dəyişir və ədətən bir perioda zəifləyir. Günəşdə baş verən alışmalar və TKA-ın təsiri Yerə təxminən 3 gün müddətində çatır. Bu səbəblərdən 3 günlük və ya həftəlik proqnozlara üstünlük verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO