Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

253546

Xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, nazirlər arasında Azərbaycan-Pakistan tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.

Ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin artan dinamikasından məmnunluq ifadə olunub. Laçın şəhərində keçirilmiş Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü çərçivəsində aparılmış danışıqlardan irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına, habelə Azərbaycanın cari ilin iyul ayında ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına hazırlıq məsələləri nəzərdən keçirilib

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO