1 iyun tarixində Ukraynanın həyata keçirdiyi hücum zamanı zədələnmiş Rusiya hərbi təyyarələri məhv edilməyib, onlar bərpa ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbər müavini Sergey Ryabkov TASS-a müsahibəsində bildirib.
“Texnika, haqqında danışılan avadanlıqlar Müdafiə Nazirliyinin nümayəndələrinin də dediyi kimi məhv edilməyib, sadəcə zədələnib. Onlar bərpa olunacaq,” – deyə Ryabkov bildirib.
O, bu fikirləri Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) keçirdiyi əməliyyatın strateji balansda yaratdığı mümkün təsirə dair suala cavab olaraq deyib.
Ryabkov Ukrayna rəhbərliyinin hücum nəticələri ilə bağlı açıqlamalarını əsassız adlandırıb.
“Reallıqla yaxından-uzaqdan əlaqəsi yoxdur,” – deyə diplomat qeyd edib. O əlavə edib ki, yalnız Rusiya Müdafiə Nazirliyinin rəsmi kanalları ilə yayılmış məlumatlara istinad edilməlidir.
Bizim.Media