Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

Hazırda oxunan: Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

252953

Bakıda “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda beynəlxalq konfrans keçirilir.

Bizim.Media xəbər verir ki, konfrans Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Konfrans çərçivəsində "Vahid Sağlamlıq" yanaşması ilə beynəlxalq təşkilatlar, dövlət qurumları, elm və təhsil ocaqları, habelə, beynəlxalq mütəxəssislər bir araya gəliblər.

Tədbirdə qida təhlükəsizliyi sahəsində aktual mövzuların, elmi yanaşmalar və beynəlxalq təcrübələrin müzakirə olunması nəzərdə tutulur.

Xatırladaq ki, hər il iyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Cari il Azərbaycanda iyunun 4-də qeyd olunan bu gün “Elm fəaliyyətdədir” ideyasına həsr edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO