Numan Kurtulmuş növbəti dəfə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Parlamentdə keçirilən səsvermənin üçüncü turunda 529 deputat iştirak edib.
Kurtulmuş 301-dən çox səslə yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) Artvindən deputatı Uğur Bayraktutan 118, Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) Diyarbəkirdən deputatı Osman Cengiz Çandar 18, İYİ Partiya İstanbuldan deputatı Mustafa Cihan Paçacı 26, Yeni Yol Partiyası isə Samsundan deputatı Mehmet Karaman 6 səs toplayıb.
Bizim.Media