Ukraynanın Rusiya ərazisindəki uzaqmənzilli hərbi aerodromlara qarşı həyata keçirdiyi kütləvi dron hücumundan cəmi bir gün əvvəl Rusiyanın “Tsarqrad” telekanalı Rusiya strateji bombardmançı təyyarələrinin yerləşdiyi bazalar və onların sayı barədə məxfi məlumatlar yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə sızmanı təhlil edən ekspertlər məlumat veriblər.
Məqalədə konkret aerodromların adları və orada yerləşdirilmiş bombardmançıların sayı göstərilirdi. Həmin məlumatlar dərc edildikdən təxminən bir sutka sonra Ukrayna Silahlı Qüvvələrinin UTX-nin (Ukrayna Təhlükəsizlik Xidməti) koordinasiyası ilə həyata keçirdiyi “Hörümçək toru” adlı xüsusi əməliyyat nəticəsində Rusiya hərbi aviasiyasına ciddi zərbələr endirildi.
Qərb kəşfiyyatının qiymətləndirməsinə əsasən, 20-yə yaxın strateji bombardmançı təyyarə — o cümlədən Tu-95, Tu-22 və Tu-160-lar — ya məhv edilib, ya da ağır zədələr alıb.
Hücumdan sonra “Tsarqrad” telekanalı həmin materialı saytından və sosial şəbəkələrdən sürətlə sildi, lakin artıq gec idi, məqalənin surətləri internetdə geniş şəkildə yayılmışdı.
Qeyd edək ki, “Tsarqrad” kanalı daha əvvəl Azərbaycanda da qalmaqallı fəaliyyətinə görə rəsmi reaksiya ilə qarşılaşmışdı. Kanalın anti-Azərbaycan məzmunlu materiallar yayması səbəbilə ölkədə fəaliyyətinə məhdudiyyət qoyulub və resursun Azərbaycanda bloklanmasına qərar verilib.
Hazırkı insident Rusiya daxilində informasiya təhlükəsizliyi, media nəzarəti və hərbi sirr rejiminin zəifliyini bir daha gündəmə gətirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:27 / 03.06.2025
“Tsarqrad” kanalı hücumdan bir gün əvvəl Rusiya aviasiyasının sirrlərini yayıb – FOTO
Hazırda oxunan: “Tsarqrad” kanalı hücumdan bir gün əvvəl Rusiya aviasiyasının sirrlərini yayıb – FOTO
Hazırda oxunan: “Tsarqrad” kanalı hücumdan bir gün əvvəl Rusiya aviasiyasının sirrlərini yayıb – FOTO
252862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.