“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

Hazırda oxunan: “Avroviziya-2024”ün birinci yarımfinalı başladı

252775

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.

 

Sfera.az xəbər verir ki, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq.

 

Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova və Azərbaycandır. 

 

Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil edəcək. Onlar səhnəyə 12-ci çıxacaqlar.

 

Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO