Cənub bölgəsində baş verən bədbəxt hadisə zamanı dənizdə boğularaq dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, həyatını itirən gəncin Lerik rayonunun Cəngəmiran kənd sakini – Qafarov Tunar Taleh oğlu olduğu müəyyən edilib.
Verilən məlumata görə, Tunar Qafarov 9 illik ümumi orta təhsilini başa vurduqdan sonra Astarada fəaliyyət göstərən kolleclərdən birində birinci kurs tələbəsi olub.
Məlumata əsasən, Tunar dostları ilə birlikdə çimərlikdə olarkən dənizdə çimən zaman boğulub.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.

- A-
- A
- A+
Cəmiyyət
19:41 / 02.06.2025
Astarada dənizdə boğulan şəxsin kimliyi MÜƏYYƏNLƏŞDİ
Hazırda oxunan: Astarada dənizdə boğulan şəxsin kimliyi MÜƏYYƏNLƏŞDİ
Hazırda oxunan: Astarada dənizdə boğulan şəxsin kimliyi MÜƏYYƏNLƏŞDİ
252688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.