Putinin köməkçisi İstanbulda jurnalistlərin suallarından qaçdı – VİDEO

Putinin köməkçisi İstanbulda jurnalistlərin suallarından qaçdı – VİDEO

Hazırda oxunan: Putinin köməkçisi İstanbulda jurnalistlərin suallarından qaçdı – VİDEO

252605

İstanbulda sülh danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski çətin vəziyyətə düşüb. Belə ki, Putinin köməkçisi Rusiya təyyarələrinin arxa cəbhədəki aviabazalarda məhv edilməsi ilə bağlı suala cavab vermək istəməyib və jurnalistlərdən uzaqlaşaraq hadisə yerindən qaçıb.

Bizim.Media xəbər verir ki, bu an Rusiya təbliğatçıları tərəfindən video lentə alınıb. 

Kadrlarda görünür ki, Medinski özünü narahat hiss edir və aviabazalara zərbələrlə bağlı sualdan yayınaraq qəfil şəkildə müsahibəni yarımçıq kəsir.
 

“Hər şeyi gördüm, hər şeyi bilirəm. Sabah danışarıq”, – deyə o, jurnalistlərdən uzaqlaşarkən bildirib.


Xatırladaq ki, “Hörümçək” (rusca “Паутина”) əməliyyatı — Ukraynanın həyata keçirdiyi genişmiqyaslı gizli hərbi əməliyyatdır. Nəticədə 150-dən çox pilotsuz uçuş aparatından istifadə olunaraq Rusiyanın arxa cəbhəsində yerləşən beş aviabazaya zərbələr endirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO