Argentinalı ulduz futbolçu Lionel Messi minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisini təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə iş adamı Adnan Əhmədzadə sosial şəbəkə hesabında paylaşım edib.
O, Messinin təbrikinin videosunu paylaşaraq “Futbol əfsanəsindən Azərbaycan xalqına. Təşəkkür edirəm, Leo!” sözlərini yazıb.
Xatırladaq ki, ötən gün Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub. Komandamız final görüşündə Macarıstanı 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:52 / 02.06.2025
Messi Azərbaycanı təbrik etdi - VİDEO
Hazırda oxunan: Messi Azərbaycanı təbrik etdi - VİDEO
Hazırda oxunan: Messi Azərbaycanı təbrik etdi - VİDEO
252595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.