May ayının nəticələrinə görə, investorlar üçün ən çox gəlir gətirən mallar kakao paxlası və platin olub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "ICE Futures", "CME Group" və Şanxay Metal Birjasında qeyd olunub.
Statistikaya görə, şokolad istehsalında istifadə edilən kakaonun qiyməti bir ayda 11% artıb.
Digər məhsullardan ən çox portağal suyu 8%, həmçinin düyü və yulafın qiyməti 2,9% yüksəlib.
Metallar arasında platin 9,2% bahalaşaraq, ən böyük artım göstərib. Qalay (+5,2%) və mis (+3,1%) də bahalaşıb. Qızılda bahalaşma 2,9% təşkil edib.
Energetika sektorunda 8,2%-lə ən çox kömür bahalaşıb. Avropada qaz 5,5%, uran isə 5,4% bahalaşıb.
Bizim.Media