Havay meşələrində təhlükəli vəziyyət: Ağcaqanadlar nadir canlıların sonunu gətirə bilərlər – FOTO

Havay meşələrində təhlükəli vəziyyət: Ağcaqanadlar nadir canlıların sonunu gətirə bilərlər – FOTO

Hazırda oxunan: Havay meşələrində təhlükəli vəziyyət: Ağcaqanadlar nadir canlıların sonunu gətirə bilərlər – FOTO

252573

Havay meşələrində təhlükəli vəziyyət yaranıb. Balsovuran adlanan kiçik yerli quş növləri sürətlə yox olur.

Bizim.Media xəbər verir ki, "Current Biology" jurnalında dərc olunan son araşdırmada məsələnin kökü təhlil edilib.
 

Məlumata əsasən, bu quşlara yalnız Havay arxipelağında rast gəlinir. Kauai adasında yaşayan akikiki və akeke növlərinin populyasiyası son 20 ildə 99% azalaraq kəskin şəkildə aşağı düşüb.


Bir zamanlar 60 növü olan balsovuran quşların indi cəmi 17 növü qalıb və onların demək olar ki, hamısı rəsmi olaraq nəsli kəsilmək təhlükəsi altındadır.

Araşdırma quş qızdırmasını (malyariya) populyasiyanın sürətlə azalmasının əsas səbəbi kimi müəyyən edib. Alimlər bildirirlər ki, vəziyyət belə davam edərsə, ağcaqanadlar unikal quşların sonunu gətirə bilərlər. (oxu.az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO