Ukrayna dronları Sibirə qədər çatdı, çoxlu sayda təyyarə məhv edildi -VİDEO

Ukrayna dronları Sibirə qədər çatdı, çoxlu sayda təyyarə məhv edildi -VİDEO

Hazırda oxunan: Ukrayna dronları Sibirə qədər çatdı, çoxlu sayda təyyarə məhv edildi -VİDEO

252482

Rusiyanın "Belaya" və "Olenya" aviabazalarında baş vermiş partlayışlardan sonra ilkin itkilər açıqlanıb.

Bizim.Media xəbər verir ki, təsdiqlənməmiş məlumatlara əsasən, Ukrayna dronlarının zərbələri nəticəsində aşağıdakı təyyarələr məhv edilib:

5 ədəd Tu-95MS strateji bombardmançı təyyarəsi

2 ədəd Tu-22M3 bombardmançı təyyarəsi

1 ədəd An-12 hərbi nəqliyyat təyyarəsi

Digər obyektlərə dəymiş ziyanın həcmi hələ müəyyən edilməyib. Yeni peyk görüntüləri gəldikcə itkilərlə bağlı məlumatlar dəqiqləşdiriləcək.
 

Məlumata görə, dron daşıyan yük maşınlarından biri təyinat nöqtəsinə çatmamış partlayıb və yanaraq məhv olub. Həmin yük maşını Amur vilayətində yerləşən "Ukrainka" aviabazasına gedirmiş. Sürücü maşını yol kənarında saxladıqdan sonra bir neçə şəxs yardım üçün yaxınlaşıb.


Konteyner artıq yanmağa başlamışdı. Sürücü içəri daxil olduqda isə güclü partlayış baş verib. Məlumata görə, sürücü hadisə yerində həlak olub.

1 iyun 2025-ci il tarixində Ukrayna sosial şəbəkələrdə simvolik bir məqama diqqət çəkilib: düz 29 il əvvəl, 1996-cı il 1 iyun tarixində Ukrayna Budapeşt Memorandumu çərçivəsində öz nüvə və strateji silahlarını, o cümlədən strateji bombardmançı təyyarələri Rusiyaya təhvil vermişdi. Məhz həmin təyyarələr 29 il sonra — 2025-ci il 1 iyun tarixində Ukraynanın dron hücumları nəticəsində Rusiya aerodromlarında məhv edildi.

NV nəşri Ukrayna xüsusi xidmət orqanlarına istinadən yazır ki, artıq 40-dan çox Rusiya təyyarəsi (Tu-95, Tu-22M3 və A-50 də daxil olmaqla) məhv edilib. Ümumi zərər 2 milyard dolları keçib.

Kadrlarda İrkutsk vilayətində yerləşən “Belaya” aviabazasının yanması və UTX-nin rəhbəri Vasıl Malyukun hücumla bağlı şərhi yer alır.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev hərbi hissəyə dron hücumunu təsdiqləyib. Bu, Rusiya ərazisində Sibir bölgəsinə edilən ilk belə hücumdur.
Teleqram kanallarının məlumatına görə, İrkutsk və Murmansk vilayətlərindəki hərbi bazalara hücum edən FPV-dronlar yolda saxlanmış yük maşınlarından buraxılıb.

İrkutsk vilayətinin Usolskiy rayonunda yerləşən “Belaya” hərbi aerodromu — Tu-22M3 bombardmançılarının bazası — hücum hədəfinə çevrilib. Eyni zamanda Sredniy və Novomaltinsk qəsəbələri də zərbələrdən zərər görüb.

Murmansk vilayətinin sakinləri “Olenya” aerodromuna dron hücumları barədə məlumat veriblər. Burada da Tu-22M3 bombardmançıları bazalanır. Dörd təyyarənin yandığı bildirilir.

Məlumatlara görə, dronlar bir yanacaqdoldurma məntəqəsində furanın yük bölməsindən buraxılıb. Sürücü saxlanılıb.

Bundan əlavə, Ryazan yaxınlığında yerləşən "Dyagilevo" aerodromunun da hücuma məruz qaldığı bildirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO