1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festivalda uşaqların kitaba olan böyük marağı xüsusilə diqqət çəkib. Müxtəlif nəşriyyatlar tərəfindən təqdim olunan uşaq kitabları balacaların sevə-sevə vərəqlədiyi, valideynləri ilə birlikdə aldıqları əsas məhsullardan biri olub.
Bizim.Media xəbər verir ki, kitaba olan bu maraq təkcə alqı-satqı ilə yekunlaşmayıb – uşaqlar ədəbi guşələrdə vaxt keçirib, kitab qəhrəmanları haqqında suallar verib, bəziləri isə ilk kitablarını seçmək həyəcanını yaşayıblar.
Festival çərçivəsində təşkil olunan konsert proqramı da uşaqlar və ailələri tərəfindən böyük maraqla qarşılanıb. Rəngarəng musiqi nömrələri, əyləncəli oyunlar və interaktiv şoular bayram ovqatını daha da artırıb.
Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan I Türk Dünyası Uşaq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə gerçəkləşib.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:40 / 01.06.2025
Uşaqların kitaba sevgisi festivala rəng qatdı - FOTO
Hazırda oxunan: Uşaqların kitaba sevgisi festivala rəng qatdı - FOTO
Hazırda oxunan: Uşaqların kitaba sevgisi festivala rəng qatdı - FOTO
252462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.