Yunanıstan Prezidenti: “Bütün sahələrdə Azərbaycanla əməkdaşlığımızı möhkəmləndirməyə hazırıq”

Yunanıstan Prezidenti: “Bütün sahələrdə Azərbaycanla əməkdaşlığımızı möhkəmləndirməyə hazırıq”

Hazırda oxunan: Yunanıstan Prezidenti: “Bütün sahələrdə Azərbaycanla əməkdaşlığımızı möhkəmləndirməyə hazırıq”

252230

Yunanıstan Prezidenti Konstantinos Tasulas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və xalqınızın firavanlığı naminə ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, Yunanıstanın xalqlarımızın mənafeyi naminə əlaqələrimizi dərinləşdirməyə və bütün sahələrdə əməkdaşlığımızı möhkəmləndirməyə hazır olduğunu bildirirəm.

Əminəm ki, biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq əsasında daha geniş regionda sülh və sabitliyin təşviqi üçün birgə çalışa bilərik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO