Festivalda "Güney Azərbaycan ədəbiyyatı" mövzusunda panel müzakirəsi keçirildi – FOTO

Festivalda "Güney Azərbaycan ədəbiyyatı" mövzusunda panel müzakirəsi keçirildi – FOTO

Hazırda oxunan: Festivalda "Güney Azərbaycan ədəbiyyatı" mövzusunda panel müzakirəsi keçirildi – FOTO

252155

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində "Güney Azərbaycan ədəbiyyatı" mövzusunda panel müzakirəsi keçirilib.

Bizim.Media xəbər verir ki, panel müzakirəsində filologiya üzrə fəlsəfə doktoru Rəhim Əliyev, Güneyli optimist qadın Məsumə Şükürzadə və Güneyli şair, tərcüməçi İsmayıl Cəmili çıxış ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Zərəngiz Dəmirçi Qayalının imza günü – FOTO


Tədbirdə Güney Azərbaycan ədəbiyyatının bu günü, ədəbi proseslər, ana dilinə münasibət və cəmiyyətin inkişafına təkan verən amillər müzakirə olunub. Panel çərçivəsində güneyli şairlərin Qarabağ mövzusuna həsr etdikləri şeirlər səsləndirilib.

Qeyd edək ki, festivalın yeddinci günü Türkiyə Respublikasının tarixi və ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq, 1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalının keçirilməsi də nəzərdə tutulur.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.


















Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO