Sara Əzimova: “Arzu edirik ki, Azərbaycan mediasının səsi Zəngəzurdan gəlsin”

Sara Əzimova: “Arzu edirik ki, Azərbaycan mediasının səsi Zəngəzurdan gəlsin”

Hazırda oxunan: Sara Əzimova: “Arzu edirik ki, Azərbaycan mediasının səsi Zəngəzurdan gəlsin”

252153

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə  Prezident cənab İlham Əliyevin imzaladığı mühüm Sərəncam əsasında Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilib. 

Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə baş tutub.  

Bizim.Media xəbər verir ki, tədbirlə bağlı “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova media nümayəndələrinə açıqlama verib:
 

“Bu tədbir bir daha göstərdi ki, 150 illik tarixə malik Azərbaycan mediası son beş ildə cənab Prezidentin rəhbərliyi ilə təkcə döyüş və diplomatiya meydanlarında deyil, informasiya cəbhəsində də öz sözünü deyib və qalibiyyətini təsdiqləyib. 


Cənab Prezidentin müəyyən etdiyi strateji yol xəritəsi – milli maraqların qorunduğu, informasiya suverenliyimizin təmin olunduğu, innovasiya və peşəkarlığın əsas götürüldüyü bir medianın formalaşdırılmasıdır. Bu xətt bizim üçün təkcə istiqamət deyil, həm də məsuliyyətdir. Çünki biz bu yolla gedərək yalnız bu günün deyil, gələcəyin mediasını formalaşdırırıq — daha güclü, daha dayanıqlı və milli maraqlara əsaslanan bir media sistemi”.

Sara Əzimova, həmçinin bu əlamətdar günlə bağlı media nümayəndələrini təbrik edib: 

“Bu əlamətdar gün münasibətilə bütün həmkarlarımı, əslində isə cəmiyyətin bütün üzvlərini təbrik edirəm. Çünki hər kəs media oxuyur, izləyir, dəyər verir. Arzu edirəm ki, gün o gün olsun, Azərbaycan mediasının səsi Zəngəzurdan gəlsin!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO